Dərc edilib: 11-04-2020

https://www.nuh.az/23715-.html

Braziliya Prezidenti hələ də koronavirusa inanmır - Fotolar

11.04.2020 08:46:30

Reportaj

Braziliya Prezidneti Jair Bolsonaru hələ də koronavirusa inanmır.


“Qafqazinfo”nun “Globol”a istinadən məlumatına görə, Braziliada Müdafiə Nazirliyinin xəstəxanasını ziyarət edən, daha sonra aptekə və yaşayış evinə girən dövlət başçısı tibbi maskadan istifadə etməyib. O, insanlarla söhbət edib, onların əlini sıxıb, şəkil çəkdirib. Prezidentin mühafizəçilərinin də maskası olmayıb.

Qeyd edək ki, daha əvvəl şəhərdə özünütəcrid rejimi tətbiq edilib və insanlara evlərindən çıxmamaq tövsiyə olunub.

İndiyədək Braziliyada 18 mindən çox yoluxma, mindən çox ölüm halı qeydə alınıb.

 


  

NUH informasiya agentliyi səhifəsindən çap edilib