Dərc edilib: 11-04-2020

https://www.nuh.az/23716-.html

Zebra ilə ulağın cütləşməsindən hər ikisinə bənzəyən bir hibrid doğulub

11.04.2020 09:07:04

Dünya

Keniyada qəribə hadisə baş verib. 
Moderator.az xəbər verir ki, "Sheldrick Wildlife Trust" adlı vəhşi heyvanların reabilitasiya mərkəzi yeni canlı növü olan zebra-eşşək hibridini təqdim edib. 
Bir il öncə milli parka gətirilən vəhşi dişi zebra ilə uzunqulağın yaxın münasibətini izləyən mütəxəssislər onları ayırmağa tələsmədən müşahidələrə davam ediblər. Nəticədə zebra ilə ulağın cütləşməsindən hər ikisinə bənzəyən bir hibrid doğulub. Hazırda bu ailə bala ilə birlikdə xüsusi nəzarətə alınıb. Zebranın, ulağın və balanın sağlam oldugu bildirilir.
  

NUH informasiya agentliyi səhifəsindən çap edilib