Dərc edilib: 11-04-2020

https://www.nuh.az/23722-.html

Sumqayıtda iki qardaş spirtdən zəhərlənib öldü

11.04.2020 12:37:41

LIVE

Sumqayıtda iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb.

APA-nın məlumatına görə, şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar – 1972-ci il təvəllüdlü Simirnov İqor Mixayloviç və 1982-ci il təvəllüdlü Simirnov Nikolay Mixayloviç axşam saatlarında xəstəxanalardan birinin həyətinə gələrək, aldıqları metil spirtini içiblər. Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb. 
İ.Smironov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, qardaşı N.Smirnov isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib. 
Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib