Dərc edilib: 11-04-2020

https://www.nuh.az/23723-.html

Rusiyada həbsxanada üsyan başladı: məhkumlar binanı yandırdı

11.04.2020 12:57:31

Kriminal

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində yerləşən 300 nəfərin saxlandığı həbsxadana üsyan başlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb nəzarətçilərin məhkumlarla pis rəftar etməsi olub. Axtarış aparılmasına icazə verməyən məhkumlarla nəzarətçilər arasında baş verən qarşıdurma nəticəsində 1 məhkum qolundan yaralanıb. Bundan sonra 17 məhkum damarını kəsərək etiraz edib. Bunu eşidən digər kameralardakı məhkumlar da aksiyaya qoşulublar. Onlar təhlükəsizlik kameralarını qırıblar.
Nəticədə həbsxanada böyük üsyan başlayıb. Gecə saatlarında qarşıdurma böyüdükdən sonra məhkumlar həbsxananı yandırıblar. Çox sayda məhkum yaralanıb.
Əraziyə əlavə polis qüvvələri cəlb olunub. Polislərin bir qismi içəri girərərk, yanğına müdaxilə edib və məhkumlardan bəzilərini zərərsizləşdirib. Digər böyük bir qismi isə yanğın səbəbindən içəri girə bilmir. Hələ tam şəkildə nəzarət altına alına bilməyən üsyanın yatırılması üçün müdaxilələr davam etdirilir.
Rusiyanın İstintaq Komitəsi isə məhkumların pis rəftar səbəbindən üsyan başlatmaları iddialarını rədd edib. Bildirili ki, üsyan məhkumların nəzarətçilərin axtarış aparmalarına müdaxilə etməsindən sonra başlayıb. Faktla bağlı cinayət işi açılıb.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib