Dərc edilib: 11-04-2020

https://www.nuh.az/23725-.html

Türkiyə ehtiyacı olanlara dəstək kreditinə start verdi - 6 ay geri ödəməsiz və aşağı faiz...

11.04.2020 13:31:32

LIVE

Türkiyə koronavirus səbəbiylə pula ehtiyacı olan vətəndaşlarına dəstək kreditinə başladı.

 

 Bizimxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət bankların verdiyi kreditlərə ciddi nəzarət edir. 

Məlumata görə, artıq banklardan milyonlarla insana SMS mesajları göndərilib. Faizləri olduqca aşağı olan bu kreditlər  5-7, 5 və 10 min lirə təşkil edir. Həmçinin şərtlərdə daha həssas məqam odur ki, kredit götürən vətəndaş 6 ay nə faiz, nə də ödəniş edəcək. 6 aydan sonra bu kreditlər 30 ay müddətinə geri alınacaq.

Böyük marağa səbəb olan kredit üçün müraciətlər davam edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib