Dərc edilib: 11-04-2020

https://www.nuh.az/23727-.html

Mingəçevirdə koronavirusla bağlı profilaktik tədbirlər davam edir

11.04.2020 16:02:15

LIVE

Mingəçevirdə koronavirusla bağlı profilaktik tədbirlər davam edir


Ölkədə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Mingəçevir şəhəri ərazisində İcra Hakimiyyətinin təşkilatçılığı ilə profilaktik tədbirlər davam etdirilir.


Şəhər ərazisində gündəlik olaraq küçə və prospektlərdə, parklarda, məhəllədaxili yollarda, inzibati binaların, ticarət obyektlərinin ətrafları, ödəniş terminalları və bankomatlar, yaşayış binalarının həyətləri, blokları, pilləkən qəfəsələri, lift kabinələri, məişət tullantıları konteynerləri zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya olunur.

Şəhər İcra Hakimiyyətində yaradılan mobil qruplar hər gün sakinlərlə maarifləndirici söhbətlər aparır, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları, eyni zamanda xüsusi karantin rejiminin tələblərinə əməl etməklə, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmağı, xüsusi ehtiyac olmadıqda evləri tərk etməkdən çəkinməyi tövsiyə edirlər.

Şəhər ərazisində sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır, gündəlik dezinfeksiya işləri davam etdirilir və maarifləndirici tədbirlər daha da gücləndirilir.

Xatırladaq ki, "Mingəçevir şəhəri ərazisində koronavirus infeksiyasına qarşı mübarizənin təşkil edilməsi haqqında" İcra Hakimiyyəti başçısının sərəncamına əsasən başçının müavini Hikmət Kərimovun sədrliyi ilə İşçi Qrup yaradılmış və şəhər üzrə mübarizə tədbirlərinin təşkili bu Qrupa həvalə olunmuşdur.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib