Dərc edilib: 11-04-2020

https://www.nuh.az/23728-.html

Lerikdə müəllimindən hamilə qalan məktəbli: "Uşağı böyütməyə hazıram"

11.04.2020 16:58:40

Hadisə

"Müəllimindən 5 aylıq hamilə olan 11-ci sinif şagirdindən DNT analizi götürüləcək".

Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 
Onun sözlərinə görə, istintaq qrupu hadisə ilə bağlı bütün ehtimalları yoxlayır:
"Amma uşaq doğulmalıdır, ən dəqiqi onda bilinəcək. Qız hamilə qaldığından xəbərsiz olduğunu deyib. Elə biliblər ki, kistası var. Anası həkimə aparıb, müayinə zamanı məlum olub ki, hamilədir".
Mehriban Zeynalova deyir ki, qızın uşaqdan imtina etmək kimi bir fikiri yoxdur: "Qız deyir ki, "ana kimi uşağı böyütməyə hazıram"".
Qeyd edək ki, Lerikdə hamilə qalan məktəbliyə görə 59 yaşlı müəllim həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Xatırladaq ki, Lerik rayonun Kirəvud kənd sakini, 2003-cü il təvəlüdlü, 11-ci sinif şagirdinin 59 yaşlı rus dili müəllimdən hamilə qalması haqda xəbəri ilk dəfə Qaynarinfo.az gündəmə gətirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib