Dərc edilib: 11-04-2020

https://www.nuh.az/23731-.html

Kremldən ŞOK açıqlama - "Çətin durumdayıq"

11.04.2020 17:57:05

LIVE

"Moskvada koronavirusun yayılması səbəbindən olduqca çətin vəziyyət yaranıb".


Bizimxeber.az "TASS"a istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Kremlin rəsmi nümayəndəsi deyib ki, hazırda xəstələrin sayının artması səbəbindən paytaxt xəstəxanalar təcili rejimdə işləyir: "Xəstələrin axını çox böyükdür. Sankt-Peterburqda gərgin vəziyyət hər saniyə artır. Çox çətin durumdayıq".

Ən son məlumatlara görə, Moskvada epidemiyanın başlamasından bəri 7882 koronavirus infeksiyası aşkar edilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib