Dərc edilib: 11-04-2020

https://www.nuh.az/23734-.html

Şabranda keçmiş məhbus ana və oğlunu güllələdi

11.04.2020 21:44:33

Kriminal

Şabranda iki nəfər qətlə yetirilib. 


"Qafqazinfo"nun məlumatına görə, hadisə Zeyvə kəndində baş verib.

Belə ki, bu yaxınlarda həbsdən buraxılan 1986-cı il təvəllüdlü kənd sakini İsmayılov Nahid Eynulla oğlu 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızını və onun oğlu, 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu şəxsi ov tüfəngindən atəş açaraq öldürüb.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib