Dərc edilib: 12-04-2020

https://www.nuh.az/23739-.html

Rusiyada peçeneqlər üzərində Qələbə Günü təsis edilə bilər

12.04.2020 08:50:39

Dünya

Putinin “tarix sevgisi” onu türk dünyası ilə üzə-üzə qoya bilərmi? 

 

 

Rusiayda peçenqlər üzərində qələbə günü təsis edilə bilər.

 

Moderator.az rus mediasına istinadən xəbər verir ki, bununla bağlı “sadə vətəndaşlardan çoxsaylı təkliflər” gəldiyi iddia olunur. Artıq bununla bağlı petisiya da hazırlanıb.

 

Sənəd müəllifləri hesab edir ki, Putinin koronavirusla mübarizə fonunda peçeneqlər üzərində qələbəni xatırlatması, bununla bağlı Qələbə Gününün təsis edilməsi üçün əlverişli zəmin yaradıb.

 

Petisiya müəlliflərinin sözlərinə görə, peçeneqlər üzərində son qələbə mili bayram kimi qeyd edilməli, həmin gün istirahət günü elan olunmalıdır.

 

Xatırladaq ki, Putin koronavirusu qədim türk tayfası olan peçeneqlərlə müqayisə edib və eyniylə peçeneqlərə qalib gəldikləri kimi, koronavirusa da qalib gələcəklərini vurğulayıb. Lakin Putinin türkləri koronavirusla müqayisə etməsi türk dünyasında narazılığa səbəb olub. Bəzi türkoloqlar hesab edir ki, Putinin heç bir zərurət olmadan qədim türklər üzərindəki qələbəyə diqqət çəkməsi, onları koronavirusa bənzətməsi uğursuz müqayisədir və bu, Kremlə qarşı yalnız nifrət yarada bilər. Bundan başqa, mütəxəsislərin fikrincə, Putinin “tarix sevgisi”ni bu şəkildə qabartması, türk toplumlarında ruslarla bağlı oxşar təkif və hərəkatların nmeydana çıxmasını tətikləyə bilər.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib