Dərc edilib: 12-04-2020

https://www.nuh.az/23740-.html

Lüt vəziyyətdə küçədə koronavirusa etiraz etd

12.04.2020 09:13:21

Maqazin

Pandemiya dövründə  hələ çox qəribə hadisələrin şahidi olacağıq. 

Moderator.az News.ua -ya istinadən xəbər verir ki, 11 apreldə Kiyevdə, hündürmərtəbəli binaların birinin həyətində, çılpaq bir adam - "insanları elektron köləliyə salmaq istədiklərini" iddia edərək yaradana (Allaha) müraciət edirmiş. 
News.ua xəbər verir ki, hadisənin foto və videolarını Yulia Ladnova öz Facebook səhifəsində yayımlayıb.
Belə ki, hadisə 11 apreldə Kiyev-Svyatoçinski rayonunda baş verib.
Ladnovanın statusu: “Hansı karantin günü olduğunu xatırlamıram. Bu gün balkonumun altında. Tanış olun. Yaradanın oğlu Aleksandr. Yarım saat qışqırdı: “İlahi, məni apar, hazıram. Konstitusiya qanun deyil, bizi elektron köləliyə sürükləmək istəyirlər. Utanmayın, çölə çıxın”. Polis gəldi və onu dayandıra bilmədi, fasiləsiz qışqırırdı: “Mən azad insanam! Tanya, qapıları açma, qapıları qıracaqlar, qorxma, Tanya!”. 
Polis sonda lüt etirazçını ram edə bilib.
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib