Dərc edilib: 12-04-2020

https://www.nuh.az/23743-.html

Gəlin toy üçün yığılan pulları götürüb qaçdı

12.04.2020 11:50:48

Mədəniyyət

Rusiyanın Moskva şəhərində polis toy üçün yığılan pulları götürüb qaçan gəlini axtarır.
Hadisə aprelin 8-də baş verib.
Belə ki, 24 yaşlı bəy 20 yaşlı tacik əsilli sevgilisi ilə birgə yaşadığı evə gələndə gəlinin "sevdiyim kimi də unudaram" yazdığı məktubunu tapıb.
Bundan sonra o, evdə toyları üçün saxladıqları 250 min rubl (5,725 AZN) pulun itdiyininin fərqinə varıb və polisə xəbər verib.
Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib