Dərc edilib: 12-04-2020

https://www.nuh.az/23747-.html

"Qadağalar aprelin 20-dən etibarən qaldırılacaq"

12.04.2020 15:09:47

LIVE

İran prezidenti Həsən Ruhani bu gün koronavirusla bağlı keçirilən iclasda Qərb ölkələrinin timsalında ABŞ-a sərt mesajlar ünvanlayıb. 


Bizimxeber.az "RİA Novosti" yə istinadən xəbər verir ki, Ruhani deyib ki, İranda vəziyyət Qərb ölkələrinə nisbətən daha yaxşıdır. 

"Bəli, bu gün koronavirusla mübarizədəki vəziyyət (Qərb ölkələri - red.) sizdən daha yaxşıdır. Səbəbi bizim gözəl insanlarımızdadır. Səbəb tibb işçilərinin, silahlı qüvvələrin fədakar mübarizəsidir ..." deyə Ruhani bildirib. Ruhani həmçinin əlavə edib ki,  bölgələr arasında hərəkət qadağaları aprelin 20-dən etibarən qaldırılacaq. 

Qeyd edək ki, İranda koronavirusa yoluxanların yarısı artıq sağalıb.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib