Dərc edilib: 12-04-2020

https://www.nuh.az/23748-.html

“Sən dahi şahmatçı olacaqsan” - “Şah”dan Aydına

12.04.2020 18:43:39

İdman

Bu gün azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun doğum günüdür. 


"Qafqazinfo" xəbər verir ki,  onu təbrik edənlər arasında 14 yaşlılar arasında dünya çempionu olan həmyerlimiz Aydın Süleymanlı da var.

"Ad gününüz mübarək mənim 1 nömrəli kumirim. Sizə həyatınızda və şahmatda uğurlar arzu edirəm", - deyə yeniyetmə şahmatçı təbrikində bildirib.

"Şah" isə öz növbəsində cavab olaraq bunları yazıb: "Sən bizim fəxrimizsən. Sən dahi şahmatçı olacaqsan. Mən hər zaman sizə dəstək olacam. Biz birlikdə güclüyük, çempion".

 

 

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib