Dərc edilib: 12-04-2020

https://www.nuh.az/23752-.html

ABŞ-da siyasi ŞOK - Co Bayden cinsi təcavüzdə ittiham edildi

12.04.2020 23:39:55

LIVE

2020-ci il prezident seçkilərində ABŞ-da Demokratlar Partiyasının ən güclü namizədi olan Co Bayden, keçmiş köməkçisi Tara Reade tərəfindən cinsi təcavüzdə ittiham edilir.


Bizimxeber.az Türkiyə mətbuatına istinadən bildirir ki, polisin yaydığı məlumata görə, Tara Reade Barak Obamanın prezidentlik dövründəki vitse-prezident olan Baydenə qarşı cinayət işi açılıb.

Reade iddia edir ki, Bayden 1993-cü ildə Delaver ştatının senatoru olduğu zaman Senat binasının dəhlizində ona cinsi təcavüz edib.

Reade həmçinin iddia edir ki, Baydenin bu əməlləri barədə danışdıqdan sona təhdid edilir. Hüquqşünaslar isə hesab edir ki, iddia üzrə müraciətin vaxtı keçdiyi üçün  Baydenin həbs ediləməsi mümkün deyil. Bu arada Baydenin təşviqat rəsmiləri iddia barədə heç bir açıqlama verməyiblər.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib