Dərc edilib: 13-04-2020

https://www.nuh.az/23755-.html

Israil Səhiyyə Nazirliyi karantin dövründə D vitamini qəbul etməyə çağırdı

13.04.2020 09:05:43

LIVE

Aprelin 12-də İsrail Səhiyyə Nazirliyi bütün ölkə əhalisini gündəlik D vitamini qəbuluna başlamağa çağırıb.

Moderator.az  yerli mediaya istinadla verdiyi xəbərə görə, tövsiyədə deyilir ki, vitamin qəbul etməyə başlamaq üçün qan testinə ehtiyac yoxdur. Krantin zamanı israillilər açıq havada və günəşdə daha az olurlar və bu, qaçılmaz olaraq D vitamini çatışmazlığına səbəb olur.
Səhiyyə Nazirliyi D vitamininin immun hüceyrələrinin fəaliyyətini, nisbətlərini və iltihaba cavab reaksiyasını tənzimlədiyini göstərən çox sayda araşdırmaya istinad edir. Bu vitamin orqanizmin koronavirus infeksiyasına qarşı dayanıqlığına da kömək edir.
D vitamininin tövsiyə olunan dozası gündə 800-dən 1000 mkq-a qədərdir. 
İndiyə qədər ki,  tövsiyələrdə tibb alimləri D vitaminin qəbuluna həkim məsləhəti ilə başlamağı uyğun görürdülər. Eyni zamanda deyilirdi ki, ampula formasında D vitamini qəbulu həyati təhlükə yarada bilər, ona görə də vitaminin damcı şəklində qəbulu tövsiyə olunur. 
Adətən D vitamini qazanmaq üçün 6 üsul təqdim edilir:
Günəşdən faydalanmaq: 
D vitaminli qidaları nə qədər qəbul etsəniz də, gündəlik ehtiyacınızın maksimum 20 faizini qarşılaya bilərsiniz. Qalan ehtiyatı isə günəş vannası qəbul etməklə əldə etmək olar. Qol və ayaqların qoruma olmadan günəş şüalarına məruz qalması tövsiyə olunur. Açıqdərili adamlar gündə 15-20 dəqiqə, tünd rəngli dəriyə sahib olanlar isə 30-45 dəqiqə günəş vannası qəbul edə bilər. Daha çox Günəş altında qalacaqsanızsa, qoruyucu kremlərdən istifadə edilməlidir.

Bu qidaları unutmamaq: 
Qızılbalıq, siyənək, ton, skumbriya kimi yağlı balıqlar D vitamini mənbəyidir. Bununla yanaşı, bir çox göbələklər gündəlik vitamin tələbatını ödəyə bilər.

Yuxu rejiminə əməl etmək: 
Düzgün yuxu D vitaminindən daha çox faydalanmağa kömək edir. Araşdırmalar nəticəsində məlum olub ki, gündə 5 saatdan az yatanlarda D vitamini az olur.

İdeal çəkini qorumaq: 
Artıqçəkili insanlar D vitamini çatışmazlığı təhlükəsi ilə üz-üzədirlər. Onlar Günəş işığı alsalar da, dəridə D vitamini istehsalı azalır, çünki yağ hüceyrələrində “həbs edilmiş” vitaminin təsiri olmur.
Dərmanlara diqqət etmək: 
İstifadə etdiyiniz bəzi dərmanlar D vitamininin miqdarını azalda bilər. Xüsusilə, epilepsiya, göbələk infeksiyası, AİDS dərmanları istifadə edənlər D vitamini səviyyəsini nəzarətdə saxlamalıdırlar.
D vitamin səviyyəsini yoxlatdırmaq: 
İldə iki dəfə orqanizmdə D vitamini və kalsium səviyyəsini yoxlatmaq tövsiyə olunur.
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib