Dərc edilib: 13-04-2020

https://www.nuh.az/23757-.html

ŞAD XƏBƏR- Fermerlərə girovsuz kreditlər veriləcək

13.04.2020 09:38:16

Cəmiyyət

Xəbər verdiyimiz kimi Azərbaycanda işsiz vətəndaşlara birdəfəlik olaraq 190 manat ödənilir. Bu məbləğ yalnız işsizlərə şamil olunur. Məlum məsələdir ki, adına torpaq sahəsi olan şəxslər bu pulu ala bilmirdi.

Bizimxeber.az xəbər verir ki,ölkə Prezidnti İlham Əliyevin "Aqrar Sahənin Maliyyələşdirilməsinin Stimullaşdırılması" ilə əlaqədar imzaladığı fərmanla fermerlərin işini asanlaşdırıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, Prezidentin fərmanından sonra fermerlərə girovsuz kreditlər veriləcək.

Onun sözlərinə görə,bu imkandan fermerlərin 80 faizi istifadə edə biləcək. Bununla bağlı 60 milyonluq kredit portfeli var. Mirzə Əliyevin sözlərinə görə verilən kreditlərin məbləği 15 min manata qədər artırılıb. Həmçinin kreditin verilmə müddəti də 3 ilə qədər artırılıb. Burada fermerlərə güzəştlər də tətbiq olunur. Faiz dərəcələri maksimim 12 faizə qədər ola bilər.

Fermerlər bu imkandan istifadə etməklə torpaqlarını becərə biləcək.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib