Dərc edilib: 13-04-2020

https://www.nuh.az/23759-.html

Rəsulzadəni həyatda görən sonuncu şəxs vəfat etdi

13.04.2020 18:27:03

LIVE

Türkiyədə Azərbaycan diasporunun proaktiv üzvlərindən olan Yəhya Taşdələn 91 yaşında vəfat edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “Çapar” tarixi jurnalının baş redaktoru Dilqəm Əhməd feysbukda yazıb. Qeyd edək ki, Y. Taşdələn 1929- cu ildə Türkiyənin Qars şəhərində anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Ankarada yaşadığı dönəmlərdə onunla birlikdə çalışıb.

O, Rəsulzadəni həyatda görən sonuncu şəxs olub.

Y. Taşdələn uzun müddət Türkiyənin Kənd Təsərrüfatı Nazirliyində müdir vəzifəsində çalışıb.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib