Dərc edilib: 13-04-2020

https://www.nuh.az/23761-.html

“Belarusda koronavirusdan heç kim ölməyəcək”

13.04.2020 18:51:08

Müsahibə

“Qoy heç narahat olmasınlar. Ölkəmizdə koronavirusdan heç kim ölməyəcək. Mən bunu açıq şəkildə bildirirəm. Mənim bu inamım təkcə ötən illərin təcrübəsinə əsaslanmır. Bizdə artıq hazırkı ilin də təcrübəsi var”.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Səhiyyə naziri Vladimir Karanik və bir sıra digər nazirlərlə keçirdiyi görüş zamanı bildirib.

Lukaşenko həmçinin qeyd edib ki, Minsk virusla mübarizə sahəsində beynəlxalq təcrübəyə əsaslanır. O bildirib ki, Belarus həkimləri koronavirusun müalicəsi üçün bir sıra dərman pereparatlarının kombinasiyasına sahibdir. Bu günə qədər baş verən ölüm hallarına gəldikdə isə, Lukaşenko bu halların heç birinin koronavirusa əlaqəli olmadığını, bütün ölüm hallarının digər xroniki xəstəliklərdən qaynaqlandığını qeyd edib. 

Bununla belə Lukaşenko vətəndaşların ehtiyat tədbirlərinə əməl etməsinin təqdirəlayiq olduğunu qeyd edib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Belarusda 2919 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, 29 nəfər xəstəlik səbəbindən həyatını itirib.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib