Dərc edilib: 14-04-2020

https://www.nuh.az/23769-.html

Xeyriyyəçi Zakir Fərəcovun GÖÖZ-ündə də problem var imiş

14.04.2020 09:32:59

LIVE

Biz  elə bilirdik ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ancaq BAŞ-ında problem var. Sən demə, cənab başçının təkcə BAŞ-ında deyil, GÖÖZ-ündə də ciddi problem var imiş. 


Bu zəhrimar koronavirus hər şeyin üstünü açıb tökdü. Kimin həqiqi xeyriyyəçi, kimi saxta xeyriyyəçi olduğunu ortaya qoydu. Son günlər  həqiqi xeyriyyəçi kimi tanınan  Kamil Zeynallı  üzünü  Zakir Fərəcov kimi məmurlara tutub deyir:

 

"Ay Sumqayıtın icra başçısı Zakir Fərəcov, eyyy...eşidirsiniz ?? Açın KOR  gözlərinizi baxın eee, ütülü sözlərdən istifadə vaxtı deyil ee...görün insanlar uzun illərdir nə durumda yaşayır..."


Bəli, Zakir Fərəcovların gözünü heç koronavirus da aça bilmədi. 

Zakir Fərəcov  guya uzaq Çində yaşayan xəstələrə yardım göndərir. Ancaq qulağının dibindəkiləri görmür. eşitmir. Adama deyərlər, sən xeyriyyəçisənsə, camaatın borclarını qaytar. Yüzlərlə fəhləni, ustanı, iş adamını, sahibkarı işlədib 3 ildir pulunu vermirsən, uzaq Çinə yardım edirsən. 

Səni ancaq Gündüz, Adil kimi müavinlərinin  cammatı soyub sənə pul gətirməsi maraqlandırır. 

 

Allah qoymasa Zakir Fərəcovun  bir dırnaqarası "xeyriyyəçiliyi" də ortaya çıxıb. 


Zakir Fərəcov deyir ki, yuxarıdan məni məcbur edirlər ki, dəyəri 6 milyon olan məktəb və uşaq bağçası tikdir öz pulunla, amma adı olsun ki, guya dövlət tikdirib.  Zakir Fərəcov da dostlarına deyir ki, əgər öz  puluma tikdirəsi olsam niyə dövlətin adından olsun, öz adımdan xeyriyyəçi  kimi Sumqayıt sakinlərinə bağışlayacam. Qoy desinlər ki, Zakir Fərəcov hacı Zeynalabdin Tağıyevin davamçısıdır. 


Bərəkallah, Zakir Fərəcov...Sən belə xeyriyyəçisənsə, onda elə borc sahiblərinin pullarını ödə dəə...Sən deyəsən hamam suyu ilə özünə dost tutanlardansan ee..

 

Vallah, sən iş adamlarının borcunu qaytarmasan koronavirus səni aparacaq uzaq Çinə. İndi özün bil. Sayılı günlərin qalıb. 




     

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib