Dərc edilib: 14-04-2020

https://www.nuh.az/23774-.html

Ağciyəri qüvvətləndirən 6 sadə üsul...- İsrail Mediasi

14.04.2020 12:33:23

İdman

Xarici həkimlər koronavirusa qarşı duruş gətirmək məqsədilə  ağciyərləri təmizləmək üçün 6 sadə üsul təqdim edib. 

Moderator.az  bu haqda  İsral mediasına istinadla məlumat verir.  
İnsanların “COVID-19”la bağlı qarşılaşdıqları ağır nəticələrin hamısı sətəlcəm ilə əlaqələndirilir. Soyuq və ya quru hava ağciyərlərin vəziyyətini pisləşdirir və buna görə də onlarda qan axınının məhdudlaşdırılmasına yol açır. Bu baxımdan tədbirlərdən biri, demək olar ki, dərhal tənəffüs funksiyasını yaxşılaşdırmağa imkan verən isti buxarın udulmasıdır... 

Növbəti üsul - yaşıl çaydır, tərkibindəki polifenollar səbəbindən ağciyərlərdə iltihab minimuma endirilir. Xüsusilə, “Journal of Nutrition” jurnalında yayımlanan bir araşdırmaya görə, gündə bu içkinin iki stəkanı ciyərlərin xroniki obstruktiv xəstəliyinin inkişaf riskini azaldır. 
"Sarıkök" dediyimiz zərdəçal  da ağciyərləri təmizləyir və koronavirusa qarşı dayanıqlı edir, çünki ədviyyatdakı əsas komponent yüksək anti-iltihab aktivliyi göstərir. Zərdəçalı xörəklərə səpmək kifayətdir.  
Elm adamları  nanə çayının boğazdakı qıcıqlanmaya sakitləşdirici bir təsir göstərdiyini, həddindən artıq selikdən azad etdiyini və sətəlcəm ilə əlaqəli iltihabı yüngülləşdirdiyini təsbit ediblər.
Koronavirusa qarşı tədbirlər siyahısında güclü antiviral və antibakterial xüsusiyyətlərə malik olan bal da var. “JAMA Pediatrics” jurnalındakı məqaləyə görə, yatmazdan 30 dəqiqə əvvəl  bal içmək infeksiya olan uşaqlarda öskürəyi azaldır və yuxu zamanı simptomatik bir rahatlanmanı təmin edir.
Öz növbəsində Amerika Ağciyər Assosiasiyası həftədə 5 gün mötədil fiziki fəaliyyətin ağciyər funksiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını qeyd edir.
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib