Dərc edilib: 15-04-2020

https://www.nuh.az/23788-.html

Bakıda məktəbdən qiyməti 5 000 manat olan büst oğurlandı

15.04.2020 09:10:59

Reportaj

Bakıda məktəbdə oğurluq hadisəsi baş verib.

 

 "Report"   xəbər verir ki, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yerləşən 206 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin qarşısında tanınmış şəxslərə ucaldılan büstlərdən biri - Nadir Axundovun büstü naməlum şəxs tərəfindən oğurluq yolu ilə ələ keçirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, büstün qiyməti təxminən 5 000 manatdır. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib