Dərc edilib: 15-04-2020

https://www.nuh.az/23790-.html

Rusiya 90-cı illərə dönür: Moskva talon sisteminə keçə bilər

15.04.2020 10:41:51

LIVE

Moderator.az xəbər verir ki, Rusiyanın istehlak və istehsal cəmiyyətləri, kənd təsərrüfatı malları və südçülərin assosiasiyası, eləcə də dəyirman və un məmulatları istehsalçılarının gildiyası, ət məhsulları assosiasiyası Rusiya hökumətinə müraciət edərək 2019-cu ildə təqdim etdikləri təkliflər paketinə yenidən baxılmasını istəyiblər. 
Ölkədə hökm sürən və bütün dünyaya yayılan koronavirus pandemiyasının tezliklə Rusiyada ərzaq qıtlığı, iqtisadi xaos yarada biləcəyindən ehtiyatlanan iş adamları və ictimai birliklər keçmiş sovet modelinin - "Minpromtorq" sisteminin bazası əsasında aztəminatlı ailələrə yardım məqsədilə talon sisteminə keçilməsini vacib sayıblar. 
Ən zəruri ərzaqların alış və satışına limit qoyulması ilə qida ehtiyatının qənaətlə istifadəsinin mümkün olduğunu qeyd edən sahibkarlar bildiriblər ki, bu sistem işlək hala gəlsə, əhalinin təminatına zəmin yaranacaq. Onlar vurğulayıblar ki, talon sistemi ölkəyə 300 milyard rubla başa gələcək.
  

NUH informasiya agentliyi səhifəsindən çap edilib