Dərc edilib: 15-04-2020

https://www.nuh.az/23795-.html

Kraliçanın üzərində gördüyümüz yaxa sancaqlarının mənası... - Fotolar

15.04.2020 17:51:23

Mədəniyyət

Kraliça II Yelizavetanın dünyanın ən cəlbedici yaxa sancağı kolleksiyalarından birinə sahib olduğu hamıya məlumdur. Bəs Kraliçanın bu sancaqlardan istifadə edən zaman qiymətindən daha çox mənəvi dəyərlərinə önəm verdiyini bilirsinizmi?


Almazlar, yaqutlar, incilər və daha bir çox bahalı daş-qaşlarla zəngin olan kolleksiyada tarixi və mənəvi dəyərlərə malik parçalar var. Elə kraliça da obyektiv önünə keçən zaman bu sancaqlardan istifadə edir. 

“Qafqazinfo” sizə “harpersbazaar”ın hazırladığı Kraliçanın mənəvi dəyərə məxsus olan bir sıra yaxa sancağını və mənalarını təqdim edir: 

The Prince Albert Brooch 

Şahzadə Albert yaxa sancağı Kraliça Viktoriyanın dövrünə aid bir mirasdır. Qızıl dəst sapfir və almazla işlənib. Nikahdan bir gün əvvəl Şahzadə Albert tərəfindən Viktoriyaya verilib. 

 

 

The Scarab Brooch 

Kraliça Scarab yaxa sancağını 1996-cı ildə əri Şahzadə Flipdən hədiyyə olaraq alıb. Bu səbəbdən Kraliça platin ildönümü portreti üçün bu sancaqdan istifadə edib.

 

The Centenary Rose Brooch

Qızılgül işləməli yaxa sancağı 2000-ci ildə Kraliçanın anasına 100-cü yaş hədiyyəsi olaraq verilib. Anası öldükdən sonra sancaq (bütün digər cəvahiratları ilə birlikdə) ona miras qalıb.

 

The Flower Basket Brooch

1948-ci ildə Kraliça ilk uşağı və varisi Şahzadə Çarlzı dünyaya gətirdikdən sonra valideynləri ona Çiçək Səbəti yaxa sancağını hədiyyə edib. Kraliça bu sancaqdan yeni doğulmuş körpəsi ilə ilk rəsmi portretində və illər sonra Çarlzın ilk nəvəsi Şahzadə Corcun vəftizində istifadə edib.

 

The New Zealand Silver Fern Brooch

Bu sancaq 1950-ci illərdə Kraliçaya Oklend merinin həyat yoldaşı Ledi Allum tərəfindən verilib. Sancaq Yeni Zelandiyanın emblemlərindən biri olan fern şəklində hazırlanıb.

 

The Duchy of Lancaster Brooch

İngilis monarxı II Elizabeti təsvir etmək üçün istifadə edilən Lancaster Dersi qədim bir tituldur. Bu sancaq Düşes gerbindən ibarətdir və Kraliça Lancasteri ziyarət edərkən ondan istifadə edir.

The Maple Leaf Brooch

Almaz və platindən ibarət set II Elizabetin anasına Kanada əyalətlərinə səfərdən öncə VI Kral Corcdan bir hədiyyə kimi hazırlanıb. O vaxtdan bəri Kraliça Kanada tədbirlərində bu sancağı taxır.

 

The Braemar Feather Brooch

Braemar Kral Dağlılar Cəmiyyəti lələklərdən ilhamlanaraq hazırlanmış bu sancağı 2002-ci ildə Qızıl Yubiley tədbirində Kraliçaya verib. Sancaq Şotlandiyada yaşayan qartal lələyinə bənzədilib.

The Coral Rose Brooch

Kraliça nadir hallarda bu yaxa sancağından istifadə edir, ancaq sancaq sırf fransız dəvətləri üçün nəzərdə tutulub. Kraliçanın 2004-cü il Paris səfəri zamanı Fransa və İngiltərə arasındakı xarici əlaqələri inkişaf etdirən Entente Cordiale sazişinin yüz illiyi münasibəti ilə təqdim olunub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib