Dərc edilib: 16-04-2020

https://www.nuh.az/23799-.html

Hitlerin çəkdiyi rəsmlər

16.04.2020 09:18:43

Dünya
Gəncliyində Nasist Almaniyasının gələcək Fureri rəssam olmaq istəyirdi və hətta iki dəfə Vyana İncəsənət Akademiyasına daxil olmuş, lakin heç bir uğur qazana bilməmişdi. Təhsil ocağının müəllimləri onda rəssamlıq istedadı görməmişdilər, amma indi məlum olur ki, deyəsən əbəs yerə...

Yeri gəlmişkən, Hitler heç nəyə baxmayaraq yenə də əsasən Vyana mənzərələrini əks etdirən rəsmlər, kartpostallar, eskizlər çəkmişdi, çünki rəsm sonralar da onun əsas ehtirası olaraq qalırdı. Üstəlik onun işləri həvəslə turistlər tərəfindən və əsasən də nədənsə yəhudilər tərəfindən alınırdı. Məsələn, yəhudi vəkil Jozef Feinqold gələcək fürerin köhnə Vyanaya həsr etdiyi bir sıra rəsm əsərlərini almışdı. Hətta I Dünya Müharibəsində iştirak etdiyi vaxtlarda Hitler döyüşlər və hətəkətlənmələr arasındakı sakit saatlarda rəsm çəkməkdən qalmamışdı. Hərbi mövzulu rəsmlər onun yaradıcı bioqrafiyasında sonuncu yeri tuturdu, sonra isə artıq onun siyasət həyatı başlamışdı.

Bu gün Adolfun rəsmləri inanılmaz məbləğdə iri pula satılır. Müstəqil ekspertlər əsərlərin müəllifinin kim olduğunu bilmədən bu işləri çox yüksək qiymətləndirirlər. Buna görə də Hitlerin akademiyaya niyə qəbul edilmədiyini indi heç cür anlamaq olmur. Bəlkə də müəllimləri onun rəssam olmaqdan çox bu dünyaya bir missiya üçün gəldiyini hiss edirmişlər...

 

Alpər

 

    

NUH informasiya agentliyi səhifəsindən çap edilib