Dərc edilib: 16-04-2020

https://www.nuh.az/23804-.html

Kişi koronavirusa gorə arvadını döyüb öldürdü

16.04.2020 11:08:20

LIVE

Koronavirusla əlaqədar olaraq daha bir cinayət hadisəsi törədilib.


Milli.Az Mirror-a istinadla xəbər verir ki, koronavirus testi müsbət çıxan kişi arvadını döyərək qətlə yetirib.

Hadisə Londonun Edmonton səmtində baş verib.

Hüseyin Egal adlı 65 yaşlı kişi 57 yaşlı Maryan İsmayıl adlı qadını döyə-döyə öldürüb. Buna səbəb isə qadının ərinə "koronavirussan, məndən uzaq dur" deməsi olub.

Qonşular evdəki səs-küylə bağlı polisə məlumat veriblər. Hadisə yerinə gələn polislər qadının öldüyünü görüblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib