Dərc edilib: 16-04-2020

https://www.nuh.az/23805-.html

Qorbaçovdan pandemiya ilə bağlı maraqlı çağırış

16.04.2020 11:31:35

Günün sitatı

Bütün dövlətləri hərbi büdcələrini 10-15% azaltmaq öhdəliyi götürməyə çağırıram.
Qaynarinfo xəbər verir ki, bu sözləri keçmiş SSRİ prezidenti Mixail Qorbaçov deyib. Onun fikrincə, yeni koronavirus pandemiyası göstərdi ki, vəsaitləri hərbi sahədən insan təhlükəsizliyini təmin etmək işinə yönəltmək lazımdır.
Qorbaçov bu haqda Amerikadakı həftəlik "Time” jurnalı üçün yazdığı məqalədə fikirlərini açıqlayıb. Dünyadakı hazırkı vəziyyəti müzakirə edən məqalə bu gün nəşr edilib. Keçmiş sovet rəhbərinin fikrincə, indi ilk növbədə insan təhlükəsizliyinə, yəni qida, su, ətraf mühitin qorunması və insan sağlamlığının təmin edilməsinə əsas yer verilməlidir. Siyasətçi qeyd edib ki, hazırda yalnız hərbi aspektdə başa düşülən təhlükəsizlik anlayışı köklü şəkildə dəyişdirilməlidir. 
Qorbaçov qeyd edib ki, insan təhlükəsizliyini təmin etmək üçün strategiya hazırlamaq, plan qurmaq, ehtiyat yaratmaq lazımdır. O hesab edir ki, bunun üçün ölkə rəhbərləri və bütün səviyyələrdə liderlər cavabdeh olmalıdır. Bununla əlaqədar, SSRİ-nin sabiq prezidenti vəziyyətin sabitləşməsindən sonra BMT-nin təcili iclasının hazırlanmasına və onun keçirilməsinə çağırış edib.
   

NUH informasiya agentliyi səhifəsindən çap edilib