Dərc edilib: 16-04-2020

https://www.nuh.az/23811-.html

Jukovun Hitlerin intiharı ilə bağlı Stalinə verdiyi hesabat

16.04.2020 17:46:17

Reportaj

Rusiya hərbi-tarixi cəmiyyəti 1-ci Belorus Cəbhəsinin komandiri marşal Georgi Jukovun Sovet lideri İosif Stalinə Üçüncü Reyxin Fureri Adolf Hitler və Reyxin Təbliğat naziri Yozef Göbbelsin intihar etməsi ilə bağlı əldə etdiyi məlumatlar haqqında hesabatı yayımlayıb. 

Qaynarinfo xəbər verri ki, sənəddə Hitlerin 30 aprel 1945-ci ildə Berlində intihar etdiyi qeyd olunur.
Hesabatda "Smerş” orqanlarının baş Reyx funksionerlərindən olan əsir almanların ifadələrinə əsaslanan məlumatları var. Belə ki, Göbbelsin şəxsi aşpazı Vilhelm Lange və qaraj rəhbəri Şnayder tutulandan sonra verdikləri ifadədə bildiriblər ki, Hitler aprelin 30-da intihar edib, amma onun dəfn olunduğu yeri bilmirlər. Göbbels mayın 1-də Reyxstaqın altındakı bunkerdə həyat yoldaşı ilə intihar edib. Onların cəsədləri tapılıb.
Cəsədin Göbbelsə aid olduğu Lange, şnayder və təbliğat nazirliyində işləyən Bartkeviç tərəfindən təsdiq olunub. Cəsədlərin üstündə heç bir sənəd tapılmayıb, lakin Göbbelsin otağında müxtəlif sənədlərdən ibarət qovluqlar tapılıb.
Tutulan beş alman generalının cəsədlərini təqdim etmək və yandırılmasının səbəbini müəyyənləşdirmək əmri verilib, Hitlerinsə ölümünün təfərrüatlarının aydınlaşdırılması üçün tədbirlər görülüb.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib