Dərc edilib: 16-04-2020

https://www.nuh.az/23814-.html

Bir qızın öz şəhid sevgilisinə son məktubu

16.04.2020 19:18:04

Günün sitatı

Onlar real həyatda heç vaxt görüşməyiblər.



Aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlərdə
şəhid olan Müşfiq Orucovun naməlum sevgilisi
onun məzarı üstünə məktub qoyub.


Şəhid məzarını ziyarət edən insanlar qəbir üstə tər
güllər, onun yanında isə saqqız və məktub
görüblər.

Heç kəsin tanımadığı gənc qızın yazdığı və qəbir
üstə qoyduğu məktub ziyarətə gələnləri
duyğulandırıb.

Məktubda heç vaxt canlı olaraq görüşməyən, sosial
şəbəkədən bir-birlərini tanıyan iki gəncin nakam
taleyi əks olunub.

MƏKTUBUN MƏTNİ :


“Müşü, bax gəlmişəm. Deyirdin, səni görmək istəyirəm.

 
Gəldim. Yadındamı, söz vermişdin ki, nə vaxt görüşsək,
saqqız alacaqsan mənə. Sənə almaq qismət olmadı,
bax, mən aldım sənə. Darıxıram səninçün. Səsin,
gülüşün getmir qulaqlarımdan.

 

Səni heç vaxt
unutmayacam! Həmişə gecə yuxusuzluqdan
şikayət edərdin. İndi rahat yat, Müşüm.
Sənsizlik ağır idi, amma bilirdim ki,
yaşayırsan.

İndi daha ağır gəlir
sənsizlik, indi daha ağırdı...

Məkanın cənnət olsun, Müşü. Qəlbimdə əbədi
yaşayacaqsan. Tanımadığın tanışın...”

 

Beybala Mirzeyev adlı şəxsin şəkli.

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib