Dərc edilib: 16-04-2020

https://www.nuh.az/23816-.html

Rusiyada 9 May Qələbə günü paradı olmayacaq

16.04.2020 22:04:08

LIVE

Rusiyada 9 may – Qələbə günü paradı təxirə salınıb.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə elan edib. Putinin sözlərinə görə, koronavirus epidemiyasının yayılması ilə bağlı risklər ona bayram tədbirinə hazırlaşmaq imkanı vermir.

O qeyd edib ki, bütün təntənəli mərasimlər, o cümlədən Qələbə günü paradı və “Ölümsüz alay” yürüşü 2020-ci ildə daha sonra keçiriləcək.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib