Dərc edilib: 17-04-2020

https://www.nuh.az/23819-.html

“Ziya Məmmədovla Ramiz Mehdiyev harada dincəlir...?”

17.04.2020 12:17:08

Cəmiyyət

AMEA-nın İşlər idarəsinin müdiri Elton Məmmədov sabiq nəqliyyat naziri olan qardaşı Ziya Məmmədovun akademik Ramiz Mehdiyevlə birgə karantini Göyçayda keçirməsi barədə yayılan xəbərlərə münasibət bildirib. 

 

 Elton Məmmədov demokrat.az-a açıqlamasında qeyd edib ki, bu barədə yayılan məlumatlar doğru deyil:

"Əvvəla, bu xəbər yalandır. Digər tərəfdən isə axı Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var? Kimsə təqaüdə çıxıb haradasa istirahət edirsə, bu, mətbuatı nə üçün maraqlandırmalıdır? Bu, insanların şəxsi həyatıdır".

Sabiq deputat deyib ki, Ramiz Mehdiyev rayonda deyil, şəhərdə evində istirahət edir:


"Dünyanın bu cür gərgin vaxtında kiminsə şəxsi həyatı ilə maraqlanmaq və bunu mətbuata çıxarmaq ayıbdır..."

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib