Dərc edilib: 17-04-2020

https://www.nuh.az/23820-.html

Sabah küçəyə çıxmayın! - Dezinfeksiya işləri aparılacaq

17.04.2020 12:28:26

Region

Kommunal xidmətlər Bakı sakinlərinə xəbərdarlıq edib.


Paytaxtın kommunal strukturlarından Bizimxeber.az-a daxil olan məlumata görə, 18.04.2020-ci il tarixdə, hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib