Dərc edilib: 17-04-2020

https://www.nuh.az/23821-.html

Sabah 26 dərəcə isti olacaq

17.04.2020 12:41:40

İdman

18 apreldə gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətinin  məlumatina  görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 9-11, gündüz  14-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti  olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib