Dərc edilib: 17-04-2020

https://www.nuh.az/23826-.html

Deputat: “Kim dövləti aldatmaq istəsə, “qara paltarlı oğlan”ı gözləsin...”

17.04.2020 16:43:51

Günün sitatı
"Kim dövləti aldatmaq istəyəcəksə, qara paltarlı oğlan mütləq onun yanında dayanaqcaq". 
NUH.az   xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə bu gün Milli Məclisin iclasında adına torpaq sahəsi olanların işsiz kimi birdəfəlik yardım ala bilməməsindən danışarkən deyib.

 
O, qeyd edib ki, dövlətin işsiz kimi qeydiyyatdan keçən yüz minlərlə insanının hər biri aylıq, birdəfəlik 190 manat müavinət alır: 
"Ancaq bəzi vətəndaşlarımız adına torpaq sahəsi olduğuna görə onlar bu proqramdan istifadə edə bilmir. Hər bir torpaq sahəsi olan sahibkar ola bilmir və bəzi vətəndaşlarımızın topaqları istifadəsizdir.
Təklif etdim ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələni nəzarətə götürsün. Kənd Təsərrüfatı Nazirliyinin hər rayonda idarəsi var. Qoy onlar hansı torpaq sahələrinin istifadə edilib-edilməməyi ilə bağlı araşdırma aparsınlar.
Narahat olmaq lazım deyil ki, kimsə saxtakarlıq edəcək. Azərbaycanda Dövlət Təhülkəsizlik Xidməti yaxşı işləyir. Kim dövləti aldatmaq istəyəcəksə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq".

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib