Dərc edilib: 17-04-2020

https://www.nuh.az/23830-.html

“Hakim fikirləşir ki, səhv qərar versə, 300 manat cərimə olunacaq”

17.04.2020 17:58:36

LIVE

“Hakimlər üçün cəzalar sərtləşdirilsin”. 

 

Deputat Qüdrət Həsənquliyev deyib.

 


O bildirib ki, cari məsələlərlə bağlı 30 dəqiqəlik çıxışın ləğv edilməsinə görə onların demək istədiyi sözləri qalıb: “Cinayət Məcəlləsinə müəyyən dəyişikliklər edilir, humanist addımlar atılır. DTX bir çox şəxsləri cinayət məsuliyyətinə cəlb ediblər. Orada məlum olub ki, həmin şəxslər çoxlu vəzifəli şəxsdən rüşvət alıblar. Amma rüşvət verən vəzifəli şəxslər heç bir məsuliyyətə cəlb edilmirlər.

Bizdə qanunvericilikdə nəzərdə tutulur ki, rüşvət vermək haqda hüquq-mühafizə orqanlarına məlumat verərsə, həmin şəxs məsuliyyətə cəlb olunmur. Buna görə də insanlar rüşvət verir, fikirləşir ki, işim alınmasa gedib şikayət edərəm. Bu məsələyə yenidən baxmalıyıq.
Ədalət mühakiməsi əleyhinə olan cinayətlərə görə də cəzalar sərtləşdirilməlidir. Hakimlər ədalətsiz qərara görə 300-500 manat cərimə olunurlar. Hakim də fikirləşir ki, səhv qərar versəm, 300 manat cərimə olunacağam da. Biz bu məsələdə də cəzanı sərtləşdirməliyik. 
Xuliqanlıq əməli də cinayət yox, inzibati məsuliyyətə aid edilməlidir”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib