Dərc edilib: 18-04-2020

https://www.nuh.az/23832-.html

"Evə gedirəm" portalı çökdü- FOTO

18.04.2020 13:48:03

Region

Xarici ölkələrdən Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qeydiyyatdan keçməsi üçün yaradılan "Evə gedirəm" portalı bir neçə saatdır fəaliyyətə başlasa da artıq çöküb.


Bizimxeber.az xəbər verir ki, portalın "MÜRACİƏT ET" bölməsi error verir. Həmçinin portala yerləşdirilən əlaqə nömrələri saatlardır "zanit" gedir. 

Bu vəziyyət insanların, əsasən də Rusiyada vətənə qayıtmaq istəyənlərin redaksiyaya zəng etməsi və mətbuatı yalan məlumat yazmaqda günahlandırması ilə nəticələnir. Çoxsaylı müraciətlədə "portaldan istifadə etmək mümkün deyil", "sistem çöküb" və sairə kimi fikilər bildirilir.

Məlumat üçün bildirək ki, verilən rəsmi məlumatda qeyd olunur ki, www.evegedirem.info portalı aprelin 18-i saat 10:00-dan (Moskva vaxtı ilə) etibarən fəaliyyətə başlayacaq. İlkin mərhələdə bu portal vasitəsilə məhz Azərbaycanın Rusiyada yaşayan vətəndaşları qeydiyyatdan keçmək imkanı əldə edəcəklər. (???)

NUH informasiya agentliyi səhifəsindən çap edilib