Dərc edilib: 18-04-2020

https://www.nuh.az/23834-.html

“Bu dərmanla koronavirusdan ölüm olmayacaq”

18.04.2020 14:29:07

İdman

“Bu dərman insanların boğulmasının qarşısını alacaq və beləliklə də ölüm halı baş verməyəcək”.

 

Bunu Türkiyədə COVID-19 virusunun dərmanını tapdığını deyən professor Ercüment Ovalı REAL TV-yə müsahibəsində deyib. O bildirib ki, dərman 24 saat içində öz təsirini göstərir: “Bu dərman xəstələrin nəfəs almasına kömək edir. Əgər xəstənin boğulmasının qarşısını alsaq, bədən virusa qalib gələcək. Çünki ölümlər boğulmadan baş verir. Əgər boğulma olmasa, mənim immunitetim güclüdürsə 10 günə, zəifdisə 1 aya qalib gələcəm”.

E. Ovalı sözügedən dərmanın əvvəl də mövcud olduğunu bildirib: “Bizim araşdırmamız bu dərmanın COVID -19-a da təsirli ola biləcəyini göstərdi. İlk xəstəmiz üzərində edilən test 48 saat ərzində dünyada yayımlanacaq. Nəticələr Ümumdünya Səhiyyə Təşkilatına təqdim edilib. Ayın 20-də digər 3 xəstəmizin nəticələrini açıqlayacağıq. Biz bu dərmanın təsirli olduğunu görürük. İnşallah sürətlə test edilər. Başqa qruplar da bu bilgiləri doğruladıqdan sonra insanların həyatına daxil olar. Çünki ilk nəticələr bunun çox təsirli olduğunu göstərir. Üstəgəl, yan təsirləri az olan bir dərmandır. 

Bu dərman üzərində təkcə mənim komandamdan 28 nəfər çalışıb. İlk test müalicəni Yeditəpə Universiteti həyata keçirib. Oradakı komandada başqa mütəxəssislər çalışır. İki universitet birlikdə çalışıb, bu dərmanı tapıb. İlk test edilən xəstə də Yeditəpə Universitetinin xəstəsidir. Qalan 3 xəstə “Acı Badem” xəstəxanasının xəstələridir. Bu işdə saya bilməyəcəyim qədər tibb işçisinin əməyi var”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib