Dərc edilib: 18-04-2020

https://www.nuh.az/23842-.html

Zakir Fərəcov 5.5 milyonu necə həzm-rabedən keçirəcək ?

18.04.2020 18:46:08

Region

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı son  zamanlar ölkə mətbuatının gündəmindən düşmür. 


Cənab başçı sözün həqiqi mənasında  "ulduz"a çevrilib. Ancaq yaxşı mənada yox. Hansı sayta daxil olursan, o anda Zakir Fərəcovun "mübarək" siması adama boylanır. 


Haqqında yazılanlar isə heç deyiləsi deyil. Adamın 3 adama, 5 adama borcu olar. Bu Fərəcovun borcu olmadığı adam yoxdur bu məmləkətdə. Kimi dindirirsən deyir ki, Zakir Fərəcovun mənə borcu var. Özü də söhbət  300, 500 manatdan getmir e, milyonlardan gedir. 

Təkcə YAĞMUR MMC-yə milyon borcu var. 

Sonra Sumqayıt bulvarının tikintisinə və şəhərdə abadlıq işlərinə görə, 4 yüzə yaxın adama, sahibkara 8 milyon borcu var. 3 ildir "Qaytaracam" deyib, hamını aldadır. Bu adam hamıya kələk gəlir, hamını aldadır, hər şeydən pul qazanır. 

İndi də koronavirusdan pul qazanmaq istəyir. 

Koronavirusla mübarizə adı altında Sumqayıtdakı iş adamlarını, sahibkarları, obyekt sahiblərini çağırıb hədə-qorxu gəlir, Koronavirus fonduna pul yığır. 

Redaksiyamlza daxil olan məlumata görə, koronavirusla mübarizə üçün dövlət tərəfindən Sumqayıt şəhər icra hakimiyyətinə 5. 5 milyon vəsait ayrılıb. 


Yaxın dostları deyir ki, Zakir Fərəcov son günlər sevindiyindən qol götürüb oynamaq istəyir. 5.5 milyionu həzmi-rabedən keçirmək üçün  Zakir Fərəcov yollar arayır, planlar cızır. Ki, hansı yolla bu pulu cibinə qoysun. 

Bəli, Zakir Fərəcov üçün millət, dövlət, fəlakət, pandemiya anlayışı yoxdur. Onun üçün bircə anlayış var: CİBİŞDAN.

Yaxın günlərdə  Zakir Fərəcovun dezinfeksiyadan qazandığı pullar barədə yazacağıq. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib