Dərc edilib: 18-04-2020

https://www.nuh.az/23843-.html

Bədii qiraətçi Təbriz Şirvani niyə həbs olunub?

18.04.2020 19:19:18

LIVE

Sosial şəbəkələrdə tanınmış bədii qiraətçi Təbriz Şirvaninin həbsi ilə bağlı məlumat yayılıb. 

 

Bizimxeber.az "Agsudan xəbər" "facebook" sosial səhifəsində yayılan məlumata istinadən bildirir ki, Ağsu rayon sakini, bədii qiraətçi Təbriz Sabir oğlu Ələkbərov (Şirvani) qəzəlxan Əliağa Vahidin "Salan olsaydı əgər başa bizi" qəzəlini satirik formada söyləyərək videoya çəkib.

Həmin videonu ölkə əhalisinin mövcud yaşayışına etiraz olaraq ictimailəşdirdiyi üçün, aprelin 16-da Ağsu polisi tərəfindən saxlanılıb. Ötən gün Ağsu Rayon Məhkəməsinə çıxarılan Təbriz Ələkbərov narkotik və psixatrop tərkibli maddələrin şəxsi istehlak miqdarından artıq istifadəsi maddəsi ilə 25 sutka inzibati qaydada həbs olunub.

Ağsu Poliş Şöbəsindən Bizimxeber.az-a verilən məlumata görə, sözügedən şəxs karantin qaydasını pozduğu üçün saxlanılıb. Profilaktik söhbətlər zamanı Təbriz Ələkbərovun halsız vəziyyətdə olduğu müşahidə edildiyi üçün tibbi test müayinsi aparılıb.

Şöbədən bildirilib ki, test zamanı Ələkbərov narkotik və psixatrop tərkibli maddələrdən istifadə etdiyi aşkarlanıb.Bu səbəbdən də məhkəmə onu 25 gün inzibati qaydada həbs edib.

Qeyd edək ki, Təbriz Şirvaninin yaxınları "Agsudan xəbər" səhifəsində narkotik istifadəsi iddiasını qəbul etmir, onun həbs səbəbini bu günlərdə Əliağa Vahidin "Salan olsaydı əgər başa bizi" şerini oxuması ilə əlaqələndirirlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib