Dərc edilib: 19-04-2020

https://www.nuh.az/23848-.html

Mehriban Əliyevadan Azərbaycanın xristian icmasına - Təbrik

19.04.2020 08:49:11

Cəmiyyət

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.


Mehriban Əliyeva bu barədə sosial şəbəkədə yazıb:  

 

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Bu əziz gündə vətəndaşlarımızın sağlamlığı, xoşbəxt gələcəyi, ölkəmizin əmin-amanlığı naminə dualar edilir. Bütün bu dua və diləklərə qoşularaq əmin olduğumu bildirirəm ki, biz bu gün üzləşdiyimiz çətinliklərin öhdəsindən xalqımızın həmrəyliyi, əzmi və iradəsi sayəsində uğurla gələcəyik! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram!”.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib