Dərc edilib: 19-04-2020

https://www.nuh.az/23849-.html

Rəqqasə Fatimə xəstəxanaya yerləşdirildi

19.04.2020 09:00:36

Hadisə

Rəqqasə Fatimə Fətəliyeva xəstəxanaya yerləşdirilib.
Sənətçinin qəfildən halı pisləşib. Hazırda Fatimə həkim nəzarətində müalicə alır.
Fatimə xəstəxanadan fotosunu "Instagram” hesabının "Hekayə” bölümündə paylaşıb.
Oxu.Az-ın əməkdaşı F.Fətəliyeva əlaqə saxlayıb. O, təcili tibbi müdaxilədən sonra səhhətinin yaxşı olduğu bildirib:
"Davamlı olaraq imkansızlara yardımlar etdim. Çox yoruldum və gücdən düşdüm. Əsəblərim də gərgin idi. Sistem vurdurdum. İndi vəziyyətim yaxşıdır”. 
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib