Dərc edilib: 19-04-2020

https://www.nuh.az/23850-.html

İsrail karantindən çıxdı

19.04.2020 09:09:08

Reportaj

İsrailin Baş Naziri Benyamin Netanyahu ölkənin karantin rejimindən çıxmasının başladığını elan edib.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Netanyahu xalqa müraciət ünvanlayıb. Bildirib ki, karantin rejimi şərtləri mərhələli şəkildə yumşaldılacaq.

Ölkədə kitab, elektronika və ev əşyaları mağazaları açıla bilər. Bundan başqa, küçədə iki nəfərdən artıq olmayaraq idmanla məşğul olmaq, gəzmək mümkün olacaq. Açıq məkanlarda 10 nəfərdən artıq olmayaraq birlikdə dua etməyə icazə verilir.

Həmçinin, ictimai nəqliyyatın hərəkəti bərpa edilir.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib