Dərc edilib: 19-04-2020

https://www.nuh.az/23861-.html

Şəmkirdə SMS-ə görə ər arvadının boğazıni kəsərək qətlə yetirib

19.04.2020 16:02:06

LIVE

 

Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.


 APA-nin  məlumatına görə, hadisədən bir neçə gün əvvəl ər (Mübariz Məmmədov) arvadının (Nailə Məmmədova) telefonuna gələn SMS-ə görə evdə dava salıb.

Bu barədə arvadını qətlə yetirən kişinin dayısı məlumat verib. Məlumata görə, bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb.

Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib. 

 

 


  

NUH informasiya agentliyi səhifəsindən çap edilib