Dərc edilib: 19-04-2020

https://www.nuh.az/23863-.html

Almaniya karantin rejimini yumşaldır – Məktəblər açılır

19.04.2020 16:59:40

LIVE

Almaniya karantin rejimini yumşaldır – Məktəblər açılır

Koronavirusla mübarizə çərçivəsində tətbiq olunan qadağalar tədricən yumşaldılır.


Yenisabah.az xəbər verir ki, virusla mübarizədə ən yaxşı nəticəyə sahib olan Almaniya bəzi qərarlar qəbul edib. 

Belə ki, ərzasi 800 kv. metri keçməyən ticarət mərkəzləri tezliklə fəaliyyətə başlaya biləcək. Gələn həftə məktəblərin açılması gözlənilir. Vətəndaşlardan maska taxmaq tələb olunmayacaq. Amma 1,5 metrlik sosial məsafənin qorunmasıyla bağlı tələb hələ də qüvvədədir.

Başqa bir məqam isə ailə üzvlərinin eyni maşına minməsinə icazə verilməsidir. 

Dəfn mərasimiylə bağlı qadağa isə hələ də qüvvədə qalır. Dəfn zamanı məzarın başında ancaq 5 nəfərin dayanmasına icazə verilir.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib