Dərc edilib: 20-04-2020

https://www.nuh.az/23868-.html

Dünya bu toydan danışır: 30 qonaqdan 7-si ...

20.04.2020 09:32:27

Maqazin

Avstraliyalı cütlüyün toyu səs-küyə səbəb olub.

publika.az  xəbər verir ki, 20 martda Balidə baş tutan toyda 30 nəfərin iştirakı koronavirusa yoluxmaya yol açıb.
Bal ayından qayıdan evlilər 14 gün karantində saxlanılıb. Onlarda virus aşkarlanmayıb. Lakin toyda iştirak edənlərdən 7-nin koronaya yoluxduğu məlum olub.
Gəlinin toydan foto paylaşımı sosial şəbəkə istifadəçilərini özündən çıxarıb.
Paylaşıma "cəhalət, eqoist insanlar virusu Avstraliyaya geri gətirdi" deyə şərhlər yazılıb.
Avstraliyada koronavirusdan 72 ölüm faktı qeydə alınıb, son 24 saatda 3 xəstə ölüb. 420 minə yaxın testin edildiyi ölkədə COVID-19-a yoluxanların sayı 6 min 606 nəfərdir.
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib