Dərc edilib: 20-04-2020

https://www.nuh.az/23875-.html

Kardiologiya İnstitutunun direktoru həkimi qanunsuz olaraq işdən çıxarıb

20.04.2020 14:06:20

Reportaj

Elmi-Tədqiqat Kardiologiya İnstitutu keçmiş əməkdaşı ilə bağlı məhkəməyə müraciət edib.


"BizimXəbər" bildirir ki, uzun illər Elmi-Tədqiqat Kardiologiya İnstitutunda həkim işləyən Qəhrəmanova Sona Mais qızı ilə əmək müqaviləsinə xitam verildiyinə görə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. 1-ci instansiya məhkəməsi həkimin işdən azad olunmasını qanunsuz sayaraq onun işə bərpa olunması ilə bağlı qətnamə çıxardıb.

 

Bundan sonra inistitut Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, 1-ci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Hazırda Elmi-Tədqiqat Kardiologiya İnstitutu Ali Məhkəməyə kassasiya şikayəti verib və iş hakim Qürbət Əsgərovun icraatına verilib. Həkimin hüquqlarını müdafiə edən müdafiəçi Vüqar Əmrahovun sözlərinə görə, Sona Qəhrəmanova ilə əmək müqaviləsinin vaxtı bitdiyi üçün yenidən müqavilə bağlamayıblar: “Tibb Universitetinin Kliniki Farmakologiya kafedrasının assistent müəllimi olan Sona xanımın işində heç bir nöqsan olmayıb sadəcə ona qarşı haqsızlıq edilib”. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib