Dərc edilib: 21-04-2020

https://www.nuh.az/23890-.html

Bu həftədən karantin rejimindən çıxış planı hazırlanacaq

21.04.2020 09:41:36

Hadisə

"Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanacaq”. 


"BizimXəbər" bildirir ki, verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin efirində yayımlanan "Hədəf” verilişində deyib.

"Hazırda bununla bağlı bizə iki əsas prinsip məlumdur: Mayın 4-dən sonrakı dövrdə artıq karantindən çıxış mərhələsi başlayır.

Karantindən çıxış isə mərhələli şəkildə həyata keçiriləcək. Biz artıq mayın 4-də mart ayındakı situasiyaya qayıtmacağıq. Bu gözlənilmir. Bu barədə artıq fikir ayrılığı yoxdur və qərar qəbul olunub. 

Hansı mərhələlərin daha tez yumşalmağa başlanılması və ardıcıllığı müzakirə olunur. Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planının detalları məlum olacaq və bu, qarşıdan gələn günlərdə ictimaiyyətə elan ediləcək”, - deyə İ.Məmmədov bildirib.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib