Dərc edilib: 21-04-2020

https://www.nuh.az/23893-.html

Rusiyada Putinə qarşı mitinq : "Ölkəni virusa sən yoluxdurmusan..."

21.04.2020 10:37:32

Dünya

Rusiyanın bir çox şəhərində, eləcə də Moskvada narazı kütlə karantin əleyhinə onlayn mitinqlərə başlayıb. 

Moderator.az xəbər verir ki, rusiyalıların bir qismi - prezident Putinə etibar etməyən müxalifyönlü ziyalılar və gənclər koronavirus pandemiyasından sonra Putinin hakimiyyəti möhkəmləndirəcəyini və siyasi təqiblərə davam edəcəyini düşünürlər. 
Virtual şəkildə ölkə boyu mitinqə çıxanlar sırasında Moskva və Rostov xüsusilə fəallıq göstərib. Virtual mitinq zamanı Putinin və yeni hökumətin ünvanına sərt şüarlar səslənib. Rostovluların "Belə mitinqə gedək! Oğrulara yox!", "Bütün gəlirlər Putinin cibinə axır!" və "Putin, bizim qanuni pullarımızı qaytar! "çağırışlarına digərləri virtual həmrəylik nümayiş etdirərək "Hakimiyyət bizik!", "Sən ölkəni virusa yoluxduransan", "Rədd ol!", "Putin ölkəni talayır" kimi şüarlarla dəstək veriblər. 
İştirakçılar koronavirusa görə tətbiq edilən karantin rejiminin yumşaldılmasını və yaxud götürülməsini tələb ediblər.
   

NUH informasiya agentliyi səhifəsindən çap edilib