Dərc edilib: 22-04-2020

https://www.nuh.az/23918-.html

Zelenski Saakaşviliyə vəzifə verdi: “Baş nazir müavini...”

22.04.2020 17:45:21

Dünya

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə yeni vəzifə təklif olunub.


Cebhe.info xəbər verir ki, Ukrayna lideri Vladimir Zelenski Saakaşviliyə Ukraynanın islahatlar üzrə baş nazir müavini vəzifəsini təklif edib.

Bu barədə özünün “Facebook” səhifəsində yazan Saakaşvili Prezident Zelenskinin Ukrayna hökumətinin baş nazirinin müavin vəzifəsini özü üçün böyük şərəf adlandırıb.

 

Həmçinin Ukraynanın Baş naziri ilə mənalı söhbət etdiyini, onun hökumətdəki mümkün işi ilə bağlı bütün məsələləri ətraflı müzakirə etdiklərini qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib