Dərc edilib: 23-04-2020

https://www.nuh.az/23922-.html

Azərbaycan-İran sərhədində atışma olub, ölən var

23.04.2020 09:57:18

LIVE

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirilir.

 

DSX-nin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, 2020-ci ilin 22 aprel tarixində saat 15:30 radələrində Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yar­dımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması aşkar olunub.

 

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti əra­zi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhəd­çi­lərin həyatına qəsd ediblər.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib